Prezident İlham Əliyev Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Qırğızıstan portalı erməni cəllad Levon Mirzoyanın türkdilli xalqlara qarşı qəddarlığından yazır

Qırğızıstanın "Goldenbridgenews” portalı rus dilində "Levon Mirzoyan: İki xalqın cəlladı Azərbaycanda və Qazaxıstanda hakimiyyətin yüksək pilləsinə necə çatdı” sərlövhəli geniş məqalə yayıb.

Türkiyə Naxçıvanla azad ticarət zona yaradır - nazir

Türkiyə Naxçıvanla azad ticarət zona yaradır. Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Astanada X yubiley İqtisadi Forum işə başlayıb

Bu gün X Astana İqtisadi Forumu (AİF) işə başlayıb. Forumda dünyada tanınan iri maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, ekspert birliyinin nümayəndələri iştirak edirlər.

Azərbaycana gələn rusiyalı turistlərin sayı 31 faiz artıb

Rusiyanın "TurStat” agentliyi bu ilin ilk 3 ayı ərzində ölkə əhalisinin xarici səfərlərinin sayını açıqlayıb. MDB və keçmiş SSRİ respublikaları arasında Azərbaycan rusiyalıların ən çox səfər etdikləri ölkədir. Bu ilin 3 ayı ərzində Azərbaycana səfərlərin sayı 31 faiz artaraq 139 min təşkil edib.

BMT nümayəndəsi: "Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycanı təbrik edirəm"

ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

İspaniya mətbuatı Ermənistanın Qarabağ cəbhəsindəki son itkilərindən yazır

İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazır. Məqalədə qeyd olunur ki, separatçı qurumun "müdafiə nazirliyi” son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib.

Cocuq Mərcanlı 5 ay əvvəl və indi

Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

Ombudsmanların XIV Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub

İyunun 17-də Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Beynəlxalq Konfransı başa çatıb.

Danimarkada yaşayan azərbaycanlı alim beynəlxalq cəmiyyətin rəhbəri seçilib

Danimarka Krallığında yaşayan azərbaycanlı alim, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşina Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri olub.

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün rəsm dərsi

Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub. Hər kəsin iştirak edə biləcəyi bu dərsdə uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimlərin tövsiyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər.

Qobustan Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub

Keçən il Qobustan Milli Tarix Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Qorki parkının sabiq direktoru Bakıda Dənizkənarı bulvarın inkişafı konsepsiyası ilə məşğul olacaq

2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması – Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
AZ EN FR

Summary



Bike


Azərbaycada ilklər



«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
© AzNewMedia 2015